11 C
Baku
20 Mart 2026, 21:35
Dünya

Metanol zəhərlənməsi: səyahətçilər üçün gizli təhlükə!

18 yaşlı kanadalı səyahətçi Ashley King Bali adasında keçirdiyi tətil zamanı metanol zəhərlənməsi nəticəsində kor olub.

O, əvvəllər yalnız baş ağrısı keçirdiyini düşündüyü simptomlarla qarşılaşıb, lakin sonradan vəziyyətin ciddi olduğunu anlayıb.

Kingin bildirdiyinə görə, Kutadakı bir gecə klubunda ona təqdim olunan plastik su şüşələrindəki kokteyllər ehtimal ki, araq əvəzinə metanol ilə qarışdırılmışdı. Metanol spirtin distillə prosesi zamanı əmələ gələn və qəbulu zamanı ölümcül yan təsirlərə səbəb ola bilən şəffaf, qoxusuz bir maddədir.

Metanolun riskləri və təsirləri

Metanol zəhərlənməsi nəticəsində görmə qabiliyyətini itirən və ya daimi xəsarət alan insanların sayı dəqiq bilinmir. 2024-cü ilin noyabr ayında Laosda altı turist metanol ilə qarışdırılmış içki qəbul etdikdən sonra ölüb.

Həkimlər (MSF) bildirir ki, metanol zəhərlənməsi əsasən yoxsulluq həddində olan və çirkli içki bazarlarının mövcud olduğu ərazilərdə baş verir.

MSF mütəxəssisi Asta Man qeyd edir ki, metanol istehsal prosesinin normal əlavə məhsulu olsa da, onun tamamilə çıxarılması üçün texniki bilik və avadanlıq lazım olur. Buna görə də bir çox ölkədə qadağan olunmuş və ya tənzimlənməmiş spirtli içkilərin istehsalı zəhərlənmə riskini artırır.

Səyahətçilər üçün tövsiyələr

MSF və Təhlükəsiz Turizm Fondu səyahətçilərə aşağıdakıları tövsiyə edir:

  • İçkiləri birbaşa şüşədən və ya qutudan içmək;
  • Marka etiketi bütöv olan spirtli içkiləri seçmək;
  • Metanol zəhərlənməsinin simptomlarını tanımaq (bulanıq görmə, güclü baş ağrısı və nəfəs çətinliyi);
  • Şübhəli hallarda dərhal tibbi yardım axtarmaq.

Boyl bildirir ki, insanların hekayələri – xüsusilə Eşli Kinq kimi real hadisələr – səyahətçiləri metanol zəhərlənməsi riskindən xəbərdar etmək üçün vacibdir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Sidneydə Herzoqa qarşı etiraz: polis izdiham 6 minə çatsa, aksiyanı dağıtmağı planlaşdırıb

Aynur Camal

NATO Yaxın Şərqdə gərginlik fonunda İraqdakı heyətini Avropaya köçürüb

Aynur Camal

İsrailin İran AES yaxınlığında zərbələri və “Üçüncü məbəd” iddiaları – ekspert açıqlaması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu