6 C
Baku
18 Fevral 2026, 3:25
Baş xəbərHadisə

Metroda sərnişin qatar hərəkətdə olarkən vaqonlararası qapını açıb – VİDEO

metro qatari

Bakı metropoliteni sərnişininin məsuliyyətsiz hərəkəti ucbatından təhlükəli vəziyyət yaranıb.

Müvafiq kadrları sosial şəbəkə istifadəçilərindən biri yayıb.

Gənc qatar hərəkətdə olarkən vaqonlararası qapını açıb və qonşu vaqonun pəncərəsini döyüb. Hadisə qatar metronun “Nizami” stansiyasından çıxarkən qeydə alınıb.

Bu cür hərəkətlər təkcə qaydanı pozan şəxsin özünün deyil, digər sərnişinlərin də həyatı üçün təhlükə yaradıb.

“Bakı Metropoliteni” QSC və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən bildirilib ki, həmin şəxslərlə bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu