18 C
Baku
23 Oktyabr 2025, 7:02
Baş xəbərSiyasət

Metyu Brayza: “Onun siyasi fəaliyyəti və strategiyası özünəməxsusluğu ilə seçilirdi”

“Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın neft və qaz sənayesi dirçəldi. Neft-qaz boru kəməri şəbəkəsi quruldu ki, bu da Türkiyə, Gürcüstan və Avropaya Azərbaycan neftinin çıxışı idi. Bu isə Azərbaycanın suverenliyini zəmanət altına alırdı. Bəli, bu onun uzaqgörən siyasətinin bəhrəsi idi. Mən ilk təəsüratımda onun  nə qədər dərin və strategiyalı, cəsarətlə hərəkət etdiyini, mübarizəsini gördüm. Həyata keçməsi mümkünsüz olan şeyləri belə, o həyata keçirdi. Ən əsası əsrin müqaviləsinin önəmini vurğulamaq istərdim”.

Bugun.tv xəbər verir ki, bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Ulu öndər Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşərkən deyib.

“Onun siyasi fəaliyyəti və strategiyası özünəməxsusluğu ilə seçilirdi. Bütün qərarlarında əzmi və cəarəti hiss edirdim. Amma maraqlı odur ki, o eyni zamanda çox mülayim, zarafatcıl ola bilirdi. Bəzən zarafat, yoxsa tənqid olduğunu ayırd etməkdə çətinlik çəkdiyimiz ifadələr söyləyərdi. O həm də çox yaxşı dinləyici idi. Dinləyərkən böyük strategiyalarında növbəti addımını düşünüb, təhlil edib, müəyyənləşdirirdi”.

Metyu Brayza deyir ki, Heydər Əliyev hələ nəzərdə tutulan layihələri həyata keçirməzdən öncədən özünəinamı və qətiyyətli addımları ilə beynəxalq ictimaiyyətdə inam yarada bilmişdi.

“Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri olmasaydı, Azərbaycan heç vaxt hazırkı vəziyyətdə ola bilməzdi. Bu kəmərlər Azərbaycan üçün hər şeyi dəyişdi. Özü də təkcə iqtisadi baxımdan yox. Onlar Azərbaycanı təkcə Gürcüstan və Türkiyə ilə deyil, həm də Trans-Atlantik İttifaqı, o cümlədən siyasi mənada ABŞ-la birləşdirdi. Beləliklə, Azərbaycan sabit inkişafa nail oldu və bu sonda 2020-ci ildə işğal olunmuş torpaqların azad edilməsi ilə nəticələndi”, -deyə M.Brayza vurğulayıb.

Mənbə: ATV Səhər

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Toydan sonra dava düşdü: 1 ölü, 2 yaralı var

Bugün TV

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxıldı

İntizar Əmirova

Xaçmazda dövlət qurumlarının əməkdaşlarına əlilliyi olan qadın və qızlarla ünsiyyət qaydaları mövzusunda təlim keçilib 

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu