15 C
Baku
26 Oktyabr 2024, 6:30
Baş xəbərDünya

Microsoft-dan ABŞ-a seçki xəbərdarlığı: Rusiya, İran və Çin…

ABŞ-dakı seçkilərə 2 həftə qalmış texnologiya nəhəngi Microsoft xəbərdarlıq açıqlaması verdi. Xəbərdarlıqda Rusiya, İran və Çinin seçkilərə təsir etmək üçün təsir səylərini artırdığı bildirilir.

ABŞ-ın texnologiya nəhəngi Microsoft, ABŞ seçkilərinə 2 həftə qalmış Rusiya, İran və Çinin ölkədə demokratik prosesləri zəiflətmək üçün təsir səylərini artırdıqlarını bildirdi.

“Microsoft Threat Analysis Center” baş direktoru Clint Watts tərəfindən edilən açıqlamada, şirkətin son 2 hesabatından bu yana ABŞ hökumətinin xarici düşmənlərin seçkilərlə bağlı kiber və təsir fəaliyyətlərini ortaya çıxarmaq üçün bir çox addımlar atdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, prezident seçkilərinə 2 həftə qalmış Microsoft Təhlükələrin Təhlili Mərkəzi Rusiya, İran və Çinin ABŞ-ın demokratik proseslərini zəiflətmək üçün davamlı təsir səyləri göstərdiyini müşahidə edib.

Bəyanatda bildirilir ki, iranlı aktyorların kiber təsir əməliyyatları əsasən Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın, rusiyalı aktyorlar isə Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisin kampaniyasına yönəlib məzmunu, İran qrupları kiber təsir əməliyyatlarını asanlaşdırmaq üçün hazırlıqlarını sürətləndirir və Çinli Aktyorların diqqətlərini müxtəlif yerli namizədlərə və Konqres üzvlərinə yönəltdikləri bildirilir. Açıqlamada rusiyalı aktyorların Harrisin kampaniyasını konkret olaraq namizədlərin xarakterlərinə hücumlarla hədəf almağa çalışdıqları vurğulanıb.

Xarici aktyorların çaşdırıcı məzmunu sürətlə yayma qabiliyyətinin ictimai qavrayış və seçki nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyinə diqqət çəkən bəyanatda seçicilərə, dövlət qurumlarına, namizədlərə və partiyalara internetdə aldadıcı və şübhəli fəaliyyətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Bakı marafonu baş tutdu

Aynur Camal

Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır

Bugün TV

TikTok bağlanma təhlükəsi ilə üz-üzə qaldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu