Bugun.tv xəbər verir ki, “Microsoft”un Fransada təxminən 2 min əməkdaşı var. Bildirilir ki, bu ixtisarlar şirkətin əməliyyat effektivliyini artırmaq və uzunmüddətli inkişafı təmin etmək məqsədi daşıyan daha geniş bir qlobal strategiyanın tərkib hissəsidir. Bu kütləvi ixtisarların məqsədi təkcə say azaldılması deyil, strukturun yenidən təşkili, bəzi menecer və fərdi işçi postlarının bağlanması və yeni postların açılmasıdır. Bu ixtisar qərarları “Microsoft”un süni intellektin (AI) işə inteqrasiyasını genişləndirməsi ilə eyni vaxta təsadüf edir. Bir çox analitiklər hesab edirlər ki, AI-nin tətbiqi şirkətin işçi ehtiyaclarını dəyişdirir. “Microsoft”un baş direktoru Satya Nadella bu ilin aprel ayında bildirib ki, şirkət daxilində yazılan proqram kodlarının 20-30 faizi artıq süni intellekt tərəfindən yaradılır.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
