9 C
Baku
23 Dekabr 2024, 3:37
Texnologiya

Microsoft pullu AI köməkçisini işə saldı

Bugun.tv xəbər verir ki, “Microsoft” şirkəti süni intellektə (AI) əsaslanan ödənişli köməkçi “Copilot Pro”ya hər kəs üçün girişi açıb. Bu barədə “The Verge” məlumat yayıb.

Copilot Pro, standart Copilot-dan fərqli olaraq, sizə öz Copilot GPT-nizi yaratmağa və xidməti Office proqramlarına inteqrasiya etməyə imkan verib. Həmçinin, ödənişli versiyanın istifadəçisi prioritet giriş əldə edəcək. Onun sorğuları, hətta yüklənmənin artdığı vaxtlarda belə, ilk növbədə işlənəcək.

Xidmətə çıxışın qiyməti ayda 20 dollar təşkil edəcək. Microsoft ilk ay pulsuz abunə təmin edəcək. Copilot Pro Rusiyadan başqa 222 ölkədə mövcuddur.

Korporasiya həmçinin söz verib ki, Copilot Pro yaxın gələcəkdə smartfonlarda peyda olacaq. Microsoft-un AI marketinqinin baş meneceri Divya Kumar “Biz bu faydanı pulsuz mobil proqramlarımıza, o cümlədən iOS və Android üçün Microsoft 365 proqramına və Outlook-a şamil edəcəyik” deyib.

Yanvarın sonunda məlum olub ki, Microsoft mütəxəssisləri süni intellekt (AI) modelinin sadələşdirilmiş versiyasını buraxmağı planlaşdırıblar. Model əsasında yeni söhbət botlarını işə salmaq mümkün olacaq.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Rəqəmsal proqramlar məktəbdə başlayan zorakılığı evə gətirir

Bugün TV

Dövlət Duması parlamentin Lada Vestasını yüksək qiymətləndirdi

Teymur Əziz

WESTERN-AZERBAİJAN.AZ SAYTI FƏALİYYƏTƏ BAŞLAYIB

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu