14 C
Baku
26 Aprel 2025, 1:39
Baş xəbərDünya

Microsoft qurucusu Bill Qeyts Kamala Harris – Donald Tramp yarışında tərəf seçdi

2024-cü il ABŞ prezident seçkiləri Donald Tramp və Kamala Harris arasında davam edir. Sorğulara görə, texnologiya liderləri Donald Trampın öndə olduğu prezidentlik yarışında da öz tərəflərini göstərirlər. İlon Maskdan sonra Microsoft qurucusu Bill Qeyts də öz tərəfini açıq şəkildə ifadə etdi.

ABŞ-da qarşıdan gələn 2024-cü il prezident seçkiləri getdikcə mübahisəli xarakter alarkən, Microsoft-un qurucusu Bill Qeytsin Kamala Harrisə 50 milyon dollar bağışladığı iddia edilir. Bu addım Trampın səsvermədə yenidən yüksəldiyi bir vaxtda diqqət çəkib.

“The New York Times” qəzetinin yazdığına görə, Qeyts uzun illər siyasətdən uzaq olan biri kimi tanınsa da, bu dəfə Harrisi dəstəkləyən bir fonda 50 milyon dollar bağışlayıb. Qeyts bu iddialarla bağlı dəqiq açıqlama verməsə də, “Bu seçki digərlərindən fərqlidir” deyib.

Bildirilir ki, Bill Qeyts keçmiş prezident Donald Trampın iqtisadi siyasətləri və ailə planlaması və qlobal sağlamlıq proqramlarında mümkün ixtisarlardan narahatdır. Trampın yenidən seçiləcəyi təqdirdə bu proqramların zədələnəcəyi düşünülür.

Son zamanlar Harrisin seçkilərdə qalib gəlmə ehtimalı ilə bağlı narahatlıqlar artsa da, xüsusilə kriptovalyuta proqnozlaşdırma platforması Polymarket-in məlumatlarına görə, Trampın qalib gəlmə ehtimalı 64%-ə yüksəlib. PredictIt kimi digər proqnoz platformaları da Trampın qələbəsini proqnozlaşdırır. Milyarder investor Stanley Druckenmiller də Bloomberg-ə bildirib ki, bazar ekspertləri Trampın qalib gələcəyinə inanır.

Druckenmiller Tramp tərəfdarlarının Konqres seçkilərində eyni cərgədə səs verəcəklərini bəyan edib və bu seçkidə respublikaçıların güclü qələbə qazanacağını müdafiə edib.KƏMALA HARRİSİN ARXASINA GÜÇLÜ ADLAR

Harrisi dəstəkləyənlər arasında başqa böyük adlar da var. Bill Qeytsin keçmiş həyat yoldaşı və xeyriyyəçi Melinda French Gates iyul ayında Harrisi açıq şəkildə dəstəklədiyini açıqlamışdı. Stephen Colbert-in aparıcılıq etdiyi “The Late Show” proqramında danışan French Gates, “Kəmalə dəstək olmaqdan xoşbəxtəm. Mən onunla əvvəllər də işləmişəm, o, cəmiyyətin nəyə ehtiyacı olduğunu bilir və kampaniyasında bu məsələləri dilə gətirir” deyib.

Bundan əlavə, Apple qurucusu Stiv Cobsun həyat yoldaşı Laurene Powell Jobs Harrisin yaxın dostlarından biridir və onun kampaniyasına böyük ianə verib. Pauell Cobsun Harrisə dəstəyi çoxdan məlumdur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Şəhid ailəsinə aid sənəd axtarılır

Nigar Məmmədova

“Bu bizim dostluğumuzun simvoludur” – VİDEO

Aynur Camal

Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu