9 C
Baku
9 Fevral 2026, 18:39
Baş xəbərDünya

“Microsoft” şirkəti süni intellekti dəstəkləyən kompüterlər istehsal edəcək

Amerikanın “Microsoft” şirkəti “Surface” noutbuk və planşetlərinin yenilənməsinə hazırlaşır. Cihazlar süni intellekt funksiyasını dəstəkləyən yeni nəsil neyron prosessorları ilə təchiz olunacaq.

Bugun.tv xəbər verir ki, bu barədə “Windows Central” portalı məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, “Surface Pro 10” və “Surface Laptop 6” ARM arxitekturasının bazasında “Qualcomm Snapdragon X” çipləri və ya “Intel”in 14-cü nəsil prosessorları ilə komplektləşdirilib.

“Microsoft” daxilində “Qualcomm” çipləri bazasında növbəti nəsil ARM-cihazları “CADMUS” kompüterləri adlandırılır. Bu texnika “Hudson Valley” kod adı ilə xüsusi olaraq “Windows” əməliyyat sisteminin yeni versiyası altında xüsusi işlənib hazırlanır. O, növbəti nəsil süni intellektin gələcək imkanlarının çoxundan istifadə edəcək.

Aynur Camal

Oxşar xəbərlər

Meksika Küba üçün 800-dən çox ton humanitar yardım göndərdi

Aynur Camal

Livanın şimalında bina çökdü, çox sayda ölənlər var

Aynur Camal

Minlərlə insan İsrail Prezidenti Hersoqun səfərinə etiraz edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu