Bugun.tv xəbər verir ki, Ağrıda mikroavtobusla minik avtomobili toqquşub. Yol qəzasında 6 aylıq körpə ölüb, 16 nəfər yaralanıb. 112 Təcili Zəng Mərkəzinə edilən bildirişlə hadisə yerinə yanğınsöndürənlər, sağlamlıq və yol polisləri gəlib. Trafik qrupları ikinci qəzanın qarşısını almaq üçün təhlükəsizlik tədbirləri aldı. Ağrı Bələdiyyəsinə bağlı yanğınsöndürənlər avtomobillərdə sıxışıb qalanları çıxarmaq üçün işə başlayarkən, sağlamlıq qrupları qəza yerində verdikləri ilk müdaxilənin sonunda yaralıları Ağrı Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Yaralıların müalicəsi davam edir.
TRT Haberin məlumatına görə, polis qrupları qəza ilə əlaqədar araşdırma başlatdı.
Müxbir:Şəms Elnurqızı