19 C
Baku
30 Sentyabr 2026, 21:45
Sosial

Millət vəkili QHT sədri ilə görüşüb

Bugun.tv xəbər verir Kİ, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova və Birliyin Layihələr üzrə koordinatoru Nilufər Lətiflə görüşüb.

Fazil Mustafa və Arzu Bağırova
Fazil Mustafa və Arzu Bağırova

“Yeni Gundem”in məlumatına görə, Mədəniyyət Komitəsində keçirilən görüşdə RHİMİB-in həyata keçirdiyi mədəniyyətyönümlü layihələrlə, o cümlədən, Komitənin mənəvi dəstəyi ilə martın 4-də keçirilən “Sənət unutmur…” adlı sərgi ilə, habelə yeni layihələr üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Komitə sədri RHİMİB rəhbərliyini, onların timsalında Birliyin bütün üzvlərini Novruz bayramı ilə bağlı təbrik edib, yeni uğurlar diləyib.

Sonda Fazil Mustafa öz kitabını qonaqlarçün imzalayıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Alimlər kişilərdə məşqin səmərəsini artırmağın qeyri-adi yolunu tapıblar

Aynur Camal

27 Sentyabr – Anım Günü Ucar rayonunda qeyd olundu

Bugün TV

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu