20 C
Baku
28 İyun 2025, 2:54
Baş xəbərSiyasət

Millət vəkili bəzi narahatlıqlardan danışdı

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Dövlət büdcəsinin icrası haqqında qanun layihəsində səsvermədə öz mövqeyini açıqlayacağını deyib.

Millət vəkili açıqlamasında qeyd edib ki, bu barədə yəni, dövlət büdcəsinin icrası haqqında qanun layihəsində yaxşı işlər də var, narahatedici məqamlarda. Büdcənin icrasında get gedə şəffaflığın artması hiss olunur və bu da xoş bir haldır. Son zamanlar maliyyə sahəsində də ciddi dəyişiklik anonslarını oxuyuram və bu da müsbət təsir bağışlayır. Büdcədə hər il artımlar görürük və istərdim ki, bu artımlar real iqtisadiyyatın real nəticələrinə söykənsin. Daxili məhsulların artması nəticəsinə də nail olunsun. Daxili istehsal olsun və bu sahəyə yatırımlar artsın. İstərdim ki, adam başına düşən məsulun həcminə görə qonşu ölkələrdən geri qalmayaq. Növbəti büdcələrdə rəqabətli əmək haqqları məsələsi həll edilsin və əmək haqqları arasındakı ciddi fərqlər aradan qaldırılsın. Və bu sahələrdə də qonşu ölkələrdən də geridə qalmayaq.

Digər narahatlığım barədə də təklifim var. Bu təklifimi 2021-ci il 29 oktyabr tarixəndə də səsləndirmişəm. Təklif edirəm ki, parlamentdə müəyyən bir hökumət saatı müəyyənləşdirək. Və ayda bir dəfə bir hökümət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında, plenar iclaslarda danışmaq, canlı interaktiv sual cavab etmək olmur. Suallar da, narahatlıqlar da yığılıb qalır. Ayrı ayrı hökümət üzvlərinə, nazirlik, səhmdar cəmiyyətlər və sair dövlət rəhbər şəxslərə ciddi suallarımız yaranır. Bu məsələlərdə parlamentin rolu nəyinki açıqlanmalı, həm də mütləq olmasına zərurət görürəm. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik. Və mən bunun icrasını istəyirəm. Qanunlar gəlir və göndərən subyekt bəzən dəyişiklərə qarşı olur. Bu müqaviməti hiss edirəm, bunu da yol verilməz kimi qəbul edirəm. Komitə iclaslarında və digər toplantılar da 15-20 deputat danışır, sual verir və bəzən suallara bir neçə cümlə ilə arqumentsız cavablar verilir. Çox suallar isə cavabsız qalır. Aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil, notariusa təsdiqə gəlmişdi. Kim düşünürsə ki, parlament notariusdur ciddi yanlışlığa yol verir. Bu belə deyil. Onun üçün də, bu cür yanaşmalarına düzəliş etsələr yaxşı olar” deyə Millət vəkili Razi Nurullayev bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Hyundai Motor Rusiyanı tərk etdi

Aynur Camal

Deputat quru sərhədlərinin bağlı qalmasından YAZDI

Aynur Camal

Sahibsiz 2 mərtəbəli binada yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu