18 C
Baku
8 Sentyabr 2024, 5:19
Siyasət

Millət vəkili Kəlbəcərdə baş verənlərə münasibət bildirdi

Vətən müharibəsinin nəticəsi olaraq Qarabağı tərk etmək məcburiyyətində qalan düşmən xislətini  torpaqlarımızın altında buraxıb getdi. Erməni xisləti olan mina terroru bu gün də davam etməkdədir. Son olaraq Kəlbəcərdə 7 nəfərin xəsarət alması və bir hərbçimizin şəhid olması ilə nəticələnən mina partlayışı bu problemi yenidən gündəmə gətirir. Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlərin keçirdiyi aksiyanı dünyaya humanitar hüquq pozuntusu adı ilə sırımağa çalışan Ermənistan öz pozduqlarından “bixəbər”dir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Bugün.tv-yə  danışdı. Deputatın sözlərinə görə, ermənilərin Azərbaycana qarşı mina terroru davam edir. İşğaldan azad olunmuş ərazilərdə minaya düşən vətəndaşların sayı yüksək statistika göstərir:
“Öncə qeyd edim ki, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində baş verən mina partlayışı zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məmmədalı oğlu Tovuz rayon sakinidir. Bu üzücü xəbərin fonunda təəssüflə qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar ermənilərin mina terroruna qarşı susqunluq nümayiş etdirir. İnsan haqlarından danışan Ermənistan minalı ərazilərin düzgün xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidirlər. Təqdim olunan xəritələrin yalnız 25%-i həqiqəti əks etdirir. Laçın istiqamətində bir sıra kəndlərin azad olunması zamanı məlum oldu ki, ermənilər həmin ərazilərdə 2021-ci il istehsalı olan minalar basdırıblar. Hesab edirəm ki, əsas məramımız böyük qayıdış olduğu üçün minalardan təmizlənmə bizim üçün şərtdir”.
Arzu Nağıyev həmçinin əlavə etdi ki, minatəmizləmə prosesi özlüyündə böyük vəsait, vaxt və incəlik tələb edən işdir. Ancaq dövlətimiz bu sahədə təmizləmə işlərini sürətləndirib.
Millət vəkilinin sözlərinə görə, bədbəxt hadisələrin sayını azaltmaq baxımından bu mövzuda insanlarımızın maarifləndirilməsi də vacib amildir.

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ Prezidenti konqresi silah zorakılığına qarşı tədbir görməyə çağırdı

Nigar Məmmədova

ABŞ Azərbaycana dair bəyannamə qəbul edib

Bugün TV

Zelenski Türkiyəyə minnətdarlıq bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu