17 C
Baku
10 İyun 2025, 4:59
Baş xəbərMədəniyyət

Millət vəkili Qazaxıstan Yazıçılar Birliyinə üzv seçilib

Bugun.tv xəbər verir ki, Milli Məclis Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib.
Qənirə Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin (QYB) Almatı şəhərində yerləşən mərkəzi qərargahında, bu birliyin rəhbərliyi ilə görüşüb.
QYB sədrinin birinci müavini Nurjan Kuantayuli Q.Paşayevanı salamlayaraq, hazırda Astanada ezamiyyətdə olan sədr Mərəkə Kulkenovun və birlik üzvlərinin salamlarını ona çatdırıb. O, Q.Paşayevanın Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə QYB-nin fəxri üzvü seçildiyini bidlirib. Fəxri üzvlük biletini Qənirə Paşayevaya təqdim edən N.Kuantayuli ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandığını deyib.
Q.Paşayeva etimad və təltif üçün təşəkkürünü bildirib. Qardaş ölkənin Yazıçılar Birliyinin yeni seçilmiş rəhbərliyinə uğurlar arzulayan Komitə sədri, qardaş ölkələrimiz arasında da ədəbi əməkdaşlığın yeni dönəmdə yeni layihələr, nəşrlərlə davam və inkişaf edəcəyinə, ortaq festival və simpoziumlarla zənginləşəcəyinə inandığını bildirib.
Q.Paşayeva QYB rəhbərlərinə xarıbülbül xatirə nişanı və Qarabağ motivli rəsm əsəri hədiyyə edib.
Kəmalə Sultan

Oxşar xəbərlər

Dünyanın ən kiçik xarici SSD-si təqdim olunub

Aynur Camal

İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Nigar Məmmədova

Yük maşınının qarşı zolaqdan keçməsi 6 nəfərin ölümünə səbəb oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu