Baş xəbər

Millət vəkili şəhid ailəsini ziyarət etdi

YAP-çı deputat Anar Məmmədov Tərtər rayonunda şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Bugun.tv xəbər verir ki, görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilib. Həmçinin Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.

Onu qeyd edək ki, Elman Məmmədov 03 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Məmmədov Elman Bəhmən oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif olunub.

Aynur Camal

Oxşar xəbərlər

Harrisdən ‘İsrailə silah embarqosu’ istəyənlərə cavab! Fələstin siyasəti müəyyənləşdi

Aynur Camal

Qarnından çıxanlar hər kəsi şoka saldı

Aynur Camal

İ.Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib – YENİLƏNİB

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu