19 C
Baku
8 Sentyabr 2024, 3:57
Baş xəbər

Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

İnfoturda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, millət vəkilləri Ceyhun Məmmədov, Fatma Yıldırım, Jalə Əliyeva, Könül Nurullayeva, Arzu Nağıyev və Vüqar Bayramov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, şura üzvü Elçin Əzimli iştirak ediblər.

Tədbirdə ilk olaraq sertifikatlaşdırmanın təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimlədiyi infotur iştirakçılarının diqqətinə çatdırılıb, prosesin keçirilmə qaydaları və digər məsələlər müzakirə olunub.

Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti ilə bağlı təqdimatla çıxış edib.

Qeyd edilib ki, ölkə üzrə 27 imtahan mərkəzində keçirilən imtahanların ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunublar. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-yə yaxın müəllim dəvət edilib.

Nazir müavini Firudin Qurbanov məlumat verib ki, proses diferensial əməkhaqqı sisteminə uyğun maaş artımına və müəllimlərin sosial rifahının yüksəlməsinə imkan yaradır.

Daha sonra görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.

İnfoturda iştirak edən qonaqlar da öz növbəsində təhsil sahəsində aparılan islahatlar, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Sonda infotur iştirakçıları imtahan prosesini izləyib, iştirakçılar üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Mənbə: Elm və təhsil nazirliyi

Bugün TV

Oxşar xəbərlər

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanıldı

Bugün TV

Kreml: “Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına hücumları çox təhlükəlidir”

Teymur Əziz

Aİ müddəti bitmiş COVID-19 dərmanlarına görə 2 milyard dollardan çox vəsait itirə bilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu