19 C
Baku
28 Oktyabr 2025, 7:27
Baş xəbərSosial

Milli Depozit Mərkəzi və “CPM” İnvestisiya Şirkəti “Ümid Yeri” uşaq sığınacağını ziyarət etdi

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Milli Depozit Mərkəzinin üzvü “CPM” İnvestisiya Şirkətinin rəhbərliyi və kollektivi korporativ sosial məsuliyyət çərçivəsində Xəzər rayonunda yerləşən “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib.

Bugun.tv-xəbər verir ki, 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş “Ümid Yeri” uşaq sığınacağı valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərir və onların gələcəyinin təmin olunmasına dəstək verir. Ziyarət zamanı MDM və “CPM” İnvestisiya Şirkətinin rəhbər şəxsləri sığınacağın fəaliyyəti və sığınacaqda olan uşaqların həyat şəraiti ilə tanış olub. Uşaqlar da öz növbəsində qonaqların qarşısında xüsusi hazırlanmış proqramla çıxış edib.

Qeyd edək ki, “MDM -in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq qurum tərəfindən müxtəlif korporativ sosial məsuliyyət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Aynur Camal

Oxşar xəbərlər

BRICS-dən Türkiyəyə vacib təklif!

Aynur Camal

Dünyanın ən yaxşı futbol komandaları bəlli oldu

Aynur Camal

Qətər əmiri ilə ABŞ prezidenti Qəzza zolağındakı vəziyyəti müzakirə etdilər

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu