8 C
Baku
8 Fevral 2026, 16:01
Mədəniyyət

“Qağayı”: klassik insan münasibətləri bu günün prizmasında

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən biri olan Anton Pavloviç Çexovun “Qağayı” əsəri tamaşaçılara təqdim olunub.

Bugun.tv -xəbər verir ki, səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb və nümayişdən sonra yaradıcı heyətlə tamaşaçılar arasında görüş keçirilib.

Tamaşanın baş rollarında Əməkdar artistlər Şövqi Hüseynov və Kəmalə Müzəffər qızı Hüseynova çıxış ediblər. Quruluşda Çexovun insan psixologiyasına dərin nüfuz edən dramaturji xətti qorunmaqla yanaşı, müasir səhnə həlləri vasitəsilə əsərin fəlsəfi yükü daha da qabardılıb.

Tamaşa haqqında məlumatı və fotoları saytımıza verən həvəskar şair, həvəskar musiqiçi, bədii qiraət ustası, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbər həmçinin, peşəkar klipmeyker və fotoqrafdır.

O qeyd edib ki, Əməkdar artist, qurluşçu rejissor Nicat Kazımov bu əsərə müraciət etməklə insan arzuları, yaradıcılıq ehtirası və qarşılıqsız sevgi mövzularını ön plana çıxarıb.

“Bildiyimiz kimi, Anton Pavloviç Çexov “Qağayı” əsərində insanın daxili tənhalığını, anlaşılmaq ehtiyacını və cəmiyyət içində öz yerini tapmaq mübarizəsini təsvir edir. Əsərdə qəhrəmanların bir-birinə qarşı duyduğu sevgi çox zaman cavabsız qalır, münasibətlər isə susqunluq və daxili gərginlik üzərində qurulur.

Gördüyümüz kimi dünyada bu mövzu bu gün də aktuallığını qoruyur: müasir dövrdə insanlar texnologiya ilə daha çox ünsiyyətdə olsa da, emosional yaxınlıq və səmimi münasibətlər çatışmazlığı yaşayır. “Qağayı” məhz bu mənada bu günün insanının daxili dünyasını əks etdirən güzgü rolunu oynayaraq, münasibətlərdəki soyuqluğu, gözləntilərlə reallıq arasındakı ziddiyyəti səhnəyə daşıyır”.

Aynur Camal

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu