14 C
Baku
12 Oktyabr 2025, 6:38
Baş xəbərTexnologiya

“Milli Kosmik Strategiya regionda sülhün formalaşmasına töhfə verəcək”

Bu gün Avstraliyanın Sidney şəhərində Beynəlxalq Astronavtika Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin 15-ci Beynəlxalq Konfransı öz işinə başlayıb.

Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında paylaşıb.

O qeyd edib ki, konfransın ilk günündə çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşdırılan və inkişaf etdirilən kosmik sənayenin iqtisadi inkişafa və eləcə də regionda sülhün formalaşmasına xüsusi töhvə verdiyini bildirib: “Milli Kosmik Strategiya bir tərəfdən dayanıqlı kosmik sənayenin inkişafını təşviq edir, digər tərəfdən isə, insan kapitalının inkişafını, məşğulluğun genişləndirilməsini, yeni start-upların yaradılmasını və innovativ kiçik və orta sahibkarlığın güclənməsini dəstəkləməklə milli təhlükəsizliyin daha yaxından qorunmasını özündə ehtiva edir.

2023-cü ildə Azərbaycanda “Kosmik fəaliyyət haqqında” Qanunun qəbulu və eləcə də həmin il Beynəlxalq Astronavtika Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin Bakıda görüşünün təşkil ediliyini nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycan Milli Məclisi kosmik sənayenin daha da inkişafı üçün hüquqi bazanın formalaşdırılmasını və təkmilləşdirilməsini həyata keçirməkdir.

Çıxışımda aqrar sektor, turzim kimi sahələrdə və eləcə də yaşıl enerjinin və ətraf mühitin dəstəklənməsində kosmik sənayenin töhvəsinə də xüsusi diqqət çəkdim. Bu sahədə insan kapitalının inkişafına xüsusi diqqət ayrıldığını bildirdim.

Sabah isə Beynəlxalq Astronavtika Konqresin öz işinə başlayacaq. Tədbirlərdə fövqəladə hallar, ekoloji fəlakətlər kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə kosmik tətbiqlər və digər mövzular müzakirə ediləcək”.

Aynur Camal

Oxşar xəbərlər

Tural Orucov Avropa çempionatında Azərbaycanı təmsil edəcək

Teymur Əziz

Füzuli Ağdam yolunda mina partlayışı baş verdi

Aynur Camal

İrandan ABŞ-a cavab: Trampın məktubu gəlmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu