28 C
Baku
10 Sentyabr 2025, 19:50
Baş xəbərSosial Media

Milli Mətbuatın 150 illiyi münasibətilə “CineMastercard”dan hədiyyə!

22 iyul – Milli Mətbuatımızın 150 illik yubileyi — bu yalnız peşə bayramı deyil, sözə, həqiqətə və cəmiyyətə xidmət edən hər kəsi böyük hörmətlə yad etmək günüdür. Mətbuat əməkdaşlarının fədakarlığı sayəsində biz hər gün obyektiv məlumat alır, ölkə və dünyada baş verənləri yaxından izləyə bilirik.150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi bu əlamətdar gün münasibətilə media nümayəndələrinə təşəkkürünü bildirir və istənilən filmə pulsuz bilet, həmçinin popkorn və içki təqdim edir.

  • Hədiyyəni əldə etmək üçün zəruridir:
  • 22 iyul tarixində istənilən “CineMastercard” kinoteatrına gəlmək
  • Mətbuat əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim etmək
  • Qısa bir blankı doldurmaq
  • İstənilən filmi seçmək

“CineMastercard” kinoteatrı media nümayəndələrinə obyektivliklərinə, sədaqətlərinə və cəmiyyətin məlumatlı qalması yolunda göstərdikləri fədakar əməyə görə ürəkdən təşəkkür edir. Sizin işiniz insanlara ilham versin, nəşrləriniz böyüsün və fəaliyyətiniz yeni nailiyyətlər gətirsin!

Bayramınız mübarək, dəyərli jurnalistlər!

Aynur Camal

Oxşar xəbərlər

İsrail Dəməşqə hava hücumu təşkil etdi

Aynur Camal

Avtomobil inşaat sahəsinə düşdü: 1 ölü, 2 yaralı var

Bugün TV

Narkotiklərin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin və metamfetamin aşkar olundu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu