25 C
Baku
10 Sentyabr 2025, 11:23
Baş xəbər

Milli Məclisdə Qazaxıstan parlamentlərarası nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali və Parlament Məclisinin İqtisadi islahat və regional inkişaf komitəsinin üzvü Murad Abenov ilə görüşüb.

Bugun.tv  xəbər verir ki, söhbət zamanı Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, regional və qlobal məsələlərdə əməkdaşlığın gücləndirilməsi, habelə beynəlxalq platformalarda birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri ətraflı müzakirə olunub. Bununla yanaşı, tərəflər müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, siyasi və humanitar əlaqələrin möhkəmləndirilməsi yollarını da nəzərdən keçiriblər.

Aynur Camal

Oxşar xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı İsrailin qanun pozuntularını müzakirə edəcək

Aynur Camal

Meteorologiyadan fırtına xəbərdarlığı

İntizar Əmirova

Salyanda nələr baş verir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu