9 C
Baku
21 Dekabr 2025, 0:00
Baş xəbər

Milli Mətbuat Günü – 148

Bugun.tv xəbər verir ki, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.

Biz media mənsubları bilirik ki, mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində illər boyunca ciddi addımlar atıldı, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirildi.

Bu il 100 illiyini qeyd etdiyimiz, Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev də hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz onun dövründə söz azadlığı bərqərar oldu, Azərbaycanda senzura ləğv edildi. Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Bugün TV

Oxşar xəbərlər

İraq-İran sərhədində partlayış: Ölən və yaralananlar var!

Aynur Camal

Mikroavtobus və traktor üz-üzə toqquşdu: 4-ü uşaq olmaqla 15 nəfər xəsarət aldı

Bugün TV

Müdafiə Nazirliyinin məlumatı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu