23 C
Baku
10 İyun 2025, 1:19
Baş xəbər

Milli mahnımız “Sirun jan” adı altında müxtəlif musiqi platformalarında yerləşdirildi

Xəbər verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.

Milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparılır.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibəti göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.

Bugun.tv daxil olan məlumata görə, ilkin mərhələdə artıq erməni ifaçının “Sirun jan” mahnısının bir sıra Youtube səhifələrində silinməsinə nail olunub.

Bu mahnının digər musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi və qadağan edilməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Şəbəkə bütün iPhone 16 xəttinin dəqiq batareya xüsusiyyətlərini ortaya qoydu

Aynur Camal

Mənzil yandı: 6 nəfər xəstəxanaya götürüldü

Bugün TV

Qanunsuz saxlanılan odlu silahlar təhvil verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu