23 C
Baku
9 İyun 2025, 23:06
Baş xəbər

Milli Məclisdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edilib

Milli Məclisin deputatı Jalə Əliyeva parlamentdə ulu öndər Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsini təklif edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında J.Əliyeva Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlərdən, xidmətlərindən danışıb.

Deputat qeyd edib ki, ümummilli liderin xalq qarşısında xidmətləri əvəzsizdir: “O, qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında çoxsaylı xidmətlər görüb. Odur ki, təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində keçiriləcək iclaslarında Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”.

Mənbə: Report.

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Aynur Camal

Azərbaycan enerji resurslarının etibarlı təchizatçısına çevrilir

Bugün TV

Limon və sarımsaqdan daha təsirli: Yeməklərə bir çimdik əlavə edin…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu