21 C
Baku
15 Mart 2025, 11:37
Baş xəbər

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirir – FOTO

Cari günlərdə (6-7 mart) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirir. 2 gün davam edəcək aksiya çərçivəsində universitetin əməkdaşlarına və tələbələrə oftalmoloji xidmətlər göstəriləcək.

Bugun.tv- nin məlumatına görə, aksiyanın əsas məqsədi pasiyentlərin sağlamlıq problemlərini erkən aşkar etmək, mümkün ağırlaşmaların qarşısını almaq və onların vaxtında müalicəsinə dəstək olmaqdır. Bununla yanaşı, oftalmoloji problemlərin ilkin mərhələdə müəyyən edilməsi, müalicəyə vaxtında başlanılması və uzunmüddətli fəsadların qarşısının alınması üçün əhəmiyyətli imkanlar yaradılır. Aksiya çərçivəsində həyata keçirilən müayinələr nəticəsində refraksiya anomaliyaları, göz daxili təzyiq dəyişiklikləri və digər ciddi oftalmoloji xəstəliklər erkən mərhələdə müəyyən edilərək müvafiq müalicə tədbirləri görülür. Bu yanaşma, görmə qabiliyyətinin qorunması, insanların həyat keyfiyyətinin yüksəldilməsi və gələcəkdə daha mürəkkəb müalicə və əməliyyatların qarşısının alınması baxımından mühüm rol oynayır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən avtomobil səyyar klinikası, 2018-ci ildən isə dəmiryolu səyyar klinikası vasitəsilə paytaxtda və respublikanın müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji və cərrahi xidmətlər göstərilir.

Səyyar Klinikanın fəaliyyəti regionlarla məhdudlaşmır, eyni zamanda respublikanın bir çox ali təhsil müəssisələrində də həyata keçirilir. Səyyar Klinikada xaricdə ixtisaslaşmış təcrübəli həkim-oftalmoloqlar pasiyentlər üçün geniş spektrdə müayinələr, diaqnostika və müalicə tədbirləri həyata keçirir, eyni zamanda ehtiyac olduqda cərrahi əməliyyatlar da icra olunur.

Bu təşəbbüs, əhalinin görmə sağlamlığının qorunması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, həm də səhiyyənin əlçatanlığını artırmaq və sağlam gələcək naminə belə tədbirlərin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

Aynur Camal

Azərbaycan-Misir sənədləri imzalanıb-FOTOLAR

Nigar Məmmədova

Yük maşınının qarşı zolaqdan keçməsi 6 nəfərin ölümünə səbəb oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu