34 C
Baku
26 İyul 2025, 21:15
Baş xəbər

Milli Oftalmologiya Mərkəzi Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 10-11 may 2024-cü il tarixlərində Astara rayon sakinləri üçün Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 115 nəfər müayinə olundu.

Bugun.tv xəbər verir ki, Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri, dr. Əzizi Hikmət və dr. Güllərov Orxan tərəfindən həyata keçirildi.

Aynur Camal

Oxşar xəbərlər

İtirilmiş telefon üçün bütün kanalı boşaltdı

Aynur Camal

“Haaretz”in sahibi Şokkenin “Fələstin azadlıq döyüşçüləri” ifadəsini işlətməsi gündəm mövzusuna çevrildi

Aynur Camal

Bu tarixdən hava kəskin dəyişir – XƏBƏRDARLIQ

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu