14 C
Baku
11 Aprel 2026, 16:16
Baş xəbər

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən tibbi aksiya keçirilib – FOTO

24 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.

Bugun.tv  xəbər verir ki, aksiya çərçivəsində 71 nəfər müayinə olunub.

Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.

Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirləri həyata keçirlməkdir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Nəbiyeva Aynur, dr. Əhmədova Nərgiz və rezident Quliyeva Səbinə tərəfindən həyata keçirildi.

Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov və təşkilat şöbəsinin işçisi Züleyxa Yusifova iştirak edirdilər.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu