30 C
Baku
9 İyun 2025, 14:17
DünyaHadisə

Milli paraşütçü faciəvi şəkildə öldü

Bugun.tv xəbər verir ki, türkiyəli paraşütçü Orkut Baysal faciəvi şəkildə ölüb.
Belə ki, Muğlanın Fethiye rayonunda eniş zamanı iki paraşüt toqquşub. Nəticədə Yamac Paraşütü Milli Komandasının idmançılarından 1-i ölüb, 2 pilot isə yaralanıb.

Milli paraplançılar Andaç Ünsal və Orkut Baysal Ölüdəniz Məhəlləsindəki Babadağ 1700 metrlik uçuş-enmə zolağından tandem uçuşu həyata keçiriblər. Eyni zamanda, Böyük Britaniya vətəndaşı Tomas Aytken 1200 metrlik trasdan bir dəfə tullanıb.

Eniş zamanı küləyin təsiri ilə havada toqquşan paraşütlər otel binasına çırpıldıqdan sonra hovuz kənarına düşüb.

Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edilib. Qəzada xəsarət alan 3 pilot Fethiye Dövlət Xəstəxanasına aparılıb.

Ağır yaralanan Orkut Baysal müdaxiləyə baxmayaraq, dünyasını dəyişib. Ünsal və Aykenin həyati təhlükəsi yoxdur.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

“Blue Carbon” sərgisində rif balıqlarının unikal mahnıları təqdim olundu

Teymur Əziz

Hicablı qadınlar işə qəbul proseslərində və karyeralarında ayrı-seçkiliyə məruz qalırlar

Bugün TV

Bayden Çinin elektrik avtomobillərini casusluqda şübhəli bildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu