30 C
Baku
9 İyun 2025, 17:11
DünyaHadisə

Milli paraşütçü faciəvi şəkildə öldü

Bugun.tv xəbər verir ki, türkiyəli paraşütçü Orkut Baysal faciəvi şəkildə ölüb.
Belə ki, Muğlanın Fethiye rayonunda eniş zamanı iki paraşüt toqquşub. Nəticədə Yamac Paraşütü Milli Komandasının idmançılarından 1-i ölüb, 2 pilot isə yaralanıb.

Milli paraplançılar Andaç Ünsal və Orkut Baysal Ölüdəniz Məhəlləsindəki Babadağ 1700 metrlik uçuş-enmə zolağından tandem uçuşu həyata keçiriblər. Eyni zamanda, Böyük Britaniya vətəndaşı Tomas Aytken 1200 metrlik trasdan bir dəfə tullanıb.

Eniş zamanı küləyin təsiri ilə havada toqquşan paraşütlər otel binasına çırpıldıqdan sonra hovuz kənarına düşüb.

Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edilib. Qəzada xəsarət alan 3 pilot Fethiye Dövlət Xəstəxanasına aparılıb.

Ağır yaralanan Orkut Baysal müdaxiləyə baxmayaraq, dünyasını dəyişib. Ünsal və Aykenin həyati təhlükəsi yoxdur.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərxoş sürücü qəza edib: 1 nəfər ağır yaralandı

Aynur Camal

Cins şalvarla necə daha maraqlı görünmək olar: stilistin məsləhətləri- VİDEO

Aynur Camal

Yəhudi mühacirlər işğal altındakı İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu