7 C
Baku
21 Dekabr 2025, 13:40
Baş xəbər

Milli Qəhrəman Mübariz İbrahimov – 35

Milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür. Yaşasaydı, 35 yaşı tamam olacaqdı.

O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə doğma kəndində şəhid Malik Piriyev adına orta məktəbi əla qiymətlərlə bitirib.

2006-cı ilin mart ayında Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunlarda xidmət edib, ona atıcı kimi başlayıb, sonra bir yarımqrupun komandiri olub. 20 noyabr 2007-ci ildə ehtiyata köçürüldü.

18 sentyabr 2009-cu il tarixdə yenidən könüllü olaraq müddətli həqiqi hərbi xidmətə yollanmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin gizirlər kurslarını bitirmişdir. O, motoatıcı batalyonunun rota komandirinin müavini kimi ön cəbhədə vəzifə borcunu ləyaqət və cəsarətlə yerinə yetirdi.

2010-cu il iyunun 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında gedən qeyri-bərabər döyüşdə M.İbrahimov çoxlu sayda düşmən hərbçisini məhv edib, bir neçəsini yaralayıb, özü isə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi müstəsna xidmətlərə və şücaətə görə Prezident İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Biləsuvar şəhərində lisey və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “İstiqlal” snayper tüfəngləri ailəsindən ikinci nəsil 12,7 mm çaplı tüfəng onun adını daşıyır. 2014-cü ildə Kanadanın Ottava şəhərindəki Minto Parkda M.İbrahimovun şərəfinə xatirə lövhəsi qoyulmuşdur. 2016-cı ildə Sumqayıtın küçələrindən birinə onun adı verilib. Həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində M.İbrahimovun abidəsi ucaldılıb.

Aynur Camal

Oxşar xəbərlər

SEVİNC MALL-da gənc kulinarların VI Respublika Çempionatı və AMKA-nın Hesabat–Seçki Konfransı keçirildi

Aynur Camal

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilib

Bugün TV

Tapdıq Dadaşov: “O vaxt qaçış idmanları indiki kimi rahat deyildi”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu