4 C
Baku
14 Dekabr 2025, 20:49
Baş xəbər

Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edilib

Xocalı qurbanlarının anım günündə Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub.

Bugun.tv-xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsinə həsr olunmuş silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Layihənin məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.

Filmin ithaf olunduğu qəhrəman Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib.

Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərək təslim olmayıb. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı Alban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə verməyib. Filmdən də göründüyü kimi, Natiq Qasımovun sonrakı taleyi, aqibəti məlum deyil. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını qınadı-FOTO

Bugün TV

Araşdırma: Dünyada hər 3 uşaqdan ən azı 1-i miyopikdir

Aynur Camal

“Biz birlikdə daha yaxşı bir dünya formalaşdırırıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu