6 C
Baku
27 Fevral 2026, 7:42
Baş xəbərSosial

Milli qəhrəmanımızın oğlu 9-cu sinfi qırmızı attestatla başa vurdu

Bugun.tv xəbər verir ki, Vətən Müharibəsi şəhidi Taleh İsmayılovun oğlu Murad İsmayılov 9-cu sinfi qırmızı attestatla başa vurub.

Hazırda 3-cü qrup üzrə ali təhsil imtahanlarına hazırlaşan Murad təhsilini Azərbaycanda güc strukturlarına aid sahədə davam etdirmək istəyir. Əgər imkan yaradılarsa, xarici ölkədə də təhsil alaraq, ölkəmizi beynəlxalq aləmdə təmsil etmək niyyətindədir.

Muradın ən böyük arzusu atasının yolunu şərəflə davam etdirmək, dövlətə və dövlətçiliyə sadiq, ali təhsilli vətəndaş kimi Azərbaycan Respublikasına xidmət etməkdir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, şəhid Taleh İsmayılov 1986-cı ildə noyabrın 26-sı Lənkəran rayonunun Boladi kəndində anadan olub.

O, Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə noyabrın 4-ü qəhrəmancasına şəhid olub.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: “Xocalı faciəsi unudulmayacaq, yeni səhifə artıq açılır”

Aynur Camal

Azərbaycanın dinməyən ağrısı: Xocalı qətliamının 34-cü ili

Aynur Camal

İnsanlıq tarixinin qara ləkəsi! Xocalı Soyqırımının 34-cü ildönümü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu