22 C
Baku
11 Oktyabr 2025, 19:57
Dünya

Milli valyuta modernləşdirilməyə hazırlanır

Suriya Mərkəzi Bankının rəhbəri Əbdülkadir Husariyye milli valyutanın modernləşdirilməsi üçün şəkil və simvollardan məhrum altı yeni əskinas seriyasının buraxılacağını açıqlayıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada Suriya Mərkəzi Bankının rəhbəri Husariyyə yeni əskinasların kiçik, orta və böyük ölçülərdə olacağını bildirib.

Husariyyə bəyan edib ki, milli valyutanın müasirləşdirilməsi üçün təsvir və simvollardan məhrum altı yeni əskinas seriyası buraxılacaq. “Yeni əskinaslar yoxlamanın asanlaşdırılması və beynəlxalq standartlara uyğun olması üçün nəzərdə tutulub.

Hüsariyyə qeyd edib ki, əskinaslarla bağlı bütün detallar çap və paylama prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq. O, yeni əskinasların dövriyyədə olan köhnə və köhnəlmiş əskinasları əvəzləyəcəyini, lakin ümumi pul kütləsini artırmayacağını vurğulayıb.

Husariyya, “Bu, modernləşmə addımıdır; pul kütləsini genişləndirmək məqsədi daşımır, pul bazarında likvidliyi tənzimləməyə və qiymət sabitliyini təmin etməyə yönəlmiş məqsədyönlü pul siyasətidir. Biz bunu həyata keçirəcəyik” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin hücumuna məruz qalan Qəzzada ölənlərin sayı 39 min 175-ə yüksəlib

Aynur Camal

İslam Əməkdaşlıq Təşkilatı Qambiyada toplaşacaq

Aynur Camal

Daşqınlar nəticəsində minlərlə insan evsiz qaldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu