21 C
Baku
12 Sentyabr 2025, 6:15
Baş xəbərİdman

Millimiz rekorda imza atdı

Bugun.tv xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Güləş Federasiyasının məlumatına görə, 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında ikinci yerə çıxıb. Türkiyə isə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvi Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Aynur Camal

Oxşar xəbərlər

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Aynur Camal

2023-cü ilə qədər Türkiyədə PKK terrorçusu qalmayacaq

Bugün TV

Sosial müavinətlər ehtiyacları ödəmir – TANINMIŞ SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu