5 C
Baku
15 Dekabr 2025, 5:14
Baş xəbərİdman

Millimizin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb

Bugün.tv Boks Federasiyasından aldığı məlumata əsasən,  İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. 54 kq çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edən Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib.

O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. 1/8 finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb.

Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.

Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.

Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Jalə Əhmədova: “Azərbaycan-Litva əməkdaşlığı böyük perspektivlər vəd edir”

Bugün TV

Məzahir Əfəndiyev: “Prezident İlham Əliyev ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir”

Bugün TV

Kurqan vilayətində daşqın, minlərlə insan təxliyyə edilib.

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu