17 C
Baku
10 İyun 2025, 8:52
Baş xəbərHadisə

Millət vəkili Vüqar Bayramov qəhrəman şəhidimiz Yaşar Sadıqovun kiçik qardaşının yas mərasimində iştirak edib.

Bugun.tv xəbər verir ki, millət vəkili Vüqar Bayramov öz facebook səhifəsində paylaşım edib.

“Füzuli rayonu Bala Bəhmənli kəndində qəhrəman şəhidimiz Yaşar Sadıqovun kiçik qardaşının yas mərasimində iştirak edərək valdeyinlərinin dərdinə şərik olmağa çalışdıq. Şəhidimizin qardaşı da vətənpərvər vətəndaşlarımızdan idi. Allah rəhmət etsin.

Qəhrəman şəhidimiz 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət keçib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərmişdir. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımı uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz nəşi əlverişsiz hava şəraitinə görə 148 gündən sonra tapılıb ailəsinə təhvil verilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən polkovnik-leytenant Yaşar Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. Xatırladaq ki, şəhidimiz ailəli olub 2 övladı yadigar qalıb.

Allah bütün şəhidlərimizə rəhmət etsin.”-deyə V.Bayramov qeyd edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Pentaqonda ixtisarlar başlayır!

Aynur Camal

İlham Əliyev yeni sərəncam imzalayıb

Bugün TV

Sərnişin avtobusu sürüşərək yoldan çıxdı: 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu