17 C
Baku
10 İyun 2025, 6:29
Dünya

Milyonlarla dollarlıq Ferrari ilə evə çırpıldı: Maşın yararsız hala düşdü

Braziliyanın San-Paulu şəhərində idarəetmədən çıxan 50 milyon lirəlik Ferrari markalı avtomobil evə çırpılaraq yararsız hala düşüb. Dəyəri milyonlarla lirə olan Ferrari-nin hurdaya çevrildiyi anlar belə lentə alınıb. Braziliyanın San-Paulu şəhərində baş verən qəzada 50 milyon lirəlik “Ferrari”nin idarəetmədən çıxaraq evə çırpılaraq tamamilə yararsız hala düşdüyü anlar kameralara düşüb.

Təhlükəsizlik kamerası görüntülərində sarı rəngli Ferrari 296 GTB-nin sürücüsünün idarəetməni itirərək divara çırpıldığı görünür.

Lüks avtomobil idarəetmədən çıxaraq bir metrə yaxın qocanın yanından keçərək evin divarına çırpılıb.

Qəzadan sonra çəkilən fotolarda avtomobilin tamamilə xarab olduğu görünür. Evin sahibi bildirib ki, qəza zamanı lüks avtomobili Ferrari diler işçisi idarə edib.

Ev sahibi “Evdə idim və yüksək səs eşidəndə şoka düşdüm. Evin həyəcan siqnalları işə düşdü. Bu zaman evin qapısına tam təzə, sarı rəngli “Ferrari”nin çırpıldığını gördük” deyib.

Ətrafdakı insanlar qəza yerinə qaçaraq sürücünü dağıntılar altından çıxarmağa kömək ediblər.

Xoşbəxtlikdən qəzadan sağ çıxan təqaüdçü deyib: “Sürücü yaxşı idi, sadəcə, bir az çaşıb qalmışdı. O, ağacın altında oturdu, sonra insanlar onu oradan apardılar”.

Qəzadan əvvəl avtomobilin sürət həddini aşdığı müəyyən edilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin İran lideri Rəisi ilə telefonla danışıb

Nigar Məmmədova

Curiosity Marsda qədim su izlərini aşkar etdi

Aynur Camal

Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu