10.7 C
Baku
14 Mart 2025, 3:30
Baş xəbərMədəniyyət

“Min bir gecə” baleti ilk dəfə Oman səhnəsində nümayiş olundu

Bugun.tv-yə daxil olan məlumata əsasən, Omanın Məsqət Kral Opera Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib.

Həmyerlimiz, görkəmli baletmeyster Eldar Əliyevin quruluş verdiyi səhnə əsəri omanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyanın Mariinski Teatrı Primorsk səhnəsinin balet truppası, bu teatrın simfonik orkestri və xoru çıxış edib.

Qeyd edək ki, bu, Azərbaycan baletinin Məsqətdəki Kral Teatrının divarları arasında ilk tamaşası idi. Onu da bildirək ki, “Min bir gecə” baletinin yeni quruluşu 2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin “Qızıl fond”u müsabiqəsində ölkənin 300 ən yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin (Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə 2023-cü ilin dekabrında Qətərin paytaxtı Dohada təqdim edib.

Tamaşada soprano partiyası Samirə Qalimova və Anastasiya Kikot tərəfindən böyük ilhamla ifa olunub. Ramin Əzimov və Nadejda Medvedeva Azərbaycanın milli aləti tarda məharətlə ifa ediblər.

 Tamaşadan sonra Oman Kral Opera Teatrının baş direktoru Umberto Fanni, Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılov, məşhur italyan prodüseri Roberto Giavinardi azərbaycanlı dirijoru və baletin bütün iştirakçılarını uğurlu ifa münasibətilə təbrik ediblər.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da bir-birinin ardınca təyyarə qəzaya uğradı! Faktla bağlı araşdırmalara başlanılıb

Aynur Camal

ABŞ-dən Rusiya Federasiyasına xəbərdarlıq

Aynur Camal

İlk dəfə 2 universitetimiz “Şanxay reytinqi”ndə TOP 500-də yer aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu