21 C
Baku
13 Oktyabr 2025, 20:12
Dünya

Mina partladı! Bir mülki vətəndaş həyatını itirdi

Azərbaycanın Tərtər vilayətində minanın partlaması nəticəsində mülki vətəndaşın həyatını itirdiyi bildirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) yaydığı məlumatda bildirilir ki, Tərtərin Həsənqaya kəndi ərazisində, köhnə təmas xəttinə yaxın ərazidə mina partlayıb.

Partlayış nəticəsində ərazidə heyvan otaran mülki vətəndaşın öldüyü bildirilib.

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda Ermənistan silahlı qüvvələrinin basdırdığı yüz minlərlə minanın olduğu təxmin edilir.

2-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində 66 azərbaycanlı həyatını itirib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Livanda dinc əhali qətlə yetirilir: 31 şəhid

Aynur Camal

300 min şagird məktəbə gedə bilmir

Aynur Camal

Həbsxanadan 19 məhbus qaçdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu