7 C
Baku
22 Fevral 2026, 8:01
Digər

Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib

Bugun.tv xəbər verir ki, yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub. Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak ediblər. Yarış 350 metrlik məsafəyə, 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçirilib. Yarış başa çatdıqdan sonra yer tutan idmançılar mükafatlandırılıb. Fəxri kürsüyə yüksələn idmançılara medal və diplomları gənclər və idman naziri Fərid Qayıbov, idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər. Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Mənbə: Azərtac

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu