27 C
Baku
28 İyun 2025, 13:40
Baş xəbər

Mingəçevir şəhərində dəyirmi masa keçirilib

Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının birgə təşkilatçılığı ilə  “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bugun.tv xəbər verir ki, tədbir öncəsi Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33 illiyinə həsr olunmuş Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “Azadlığa gedən yol” adlı sərgiyə baxış keçirildi. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Tədbir başlamazdan əvvəl Ulu Öndərin və  Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və  20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

Daha sonra çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən İcra Başçısı  20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib. Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində azadlıq mübarizəsinin yenilməzlik rəmzidir”, Mingəçevir Dövlət Universitetinin tarix müəllimi, YAP veteranı Mirzə Cavadov “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin fədakarlıq nümunəsidir”, Mingəçevir Dövlət Universitetinin Tədris şöbəsinin müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru Üzeyir Zeynalov “Ümummilli Lider Heydər Əliyevin imzaladığı “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanının reallıqları”, Mingəçevir şəhər 7 saylı tam orta məktəbin direktoru, Tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov  “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında çıxış ediblər.

Teymur Əziz

Oxşar xəbərlər

Birləşmiş Millətlər Təşkilatı ABŞ-a nota verdi

Teymur Əziz

Süni intellekt ilk dəfə Şuşada! – VİDEO

Aynur Camal

ABŞ İranı ticarət gəmilərinə hücumlarda günahlandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu