22 C
Baku
11 Oktyabr 2025, 14:12
DünyaHadisə

Minlərlə insan Everestdə qapalı qaldı! Tədbir görüldü

Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının şərq yamacında qar fırtınası səbəbindən qapalı qalan 1000 nəfərin təxminən yarısı xilas edilib.

Dünyanın ən hündür dağı olan Everestdə 1000 nəfərin qapalı vəziyyətdə qaldığı bildirilir. Çovğunda sıxışan alpinistlərdən 350-si xilas edilib, 200-dən çoxu ilə əlaqə saxlanılıb.

Çin mediasının məlumatına görə, yerli kəndlilər və peşəkar qruplar tərəfindən xilas edilənlər Qudanq şəhərinə gətirilib. Həmçinin 200-dən çox insanla əlaqə saxlandığı bildirilir. Xilasetmə işləri davam edir və qapalı qalan şəxslərin qrupların müşayiəti ilə tədricən Qudanqa çatacağı gözlənilir.

Mənbə: Ahaber

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Ukrayna ilə münaqişənin dondurulmasını istəmirik”

Aynur Camal

Çinin casus şarı ABŞ-ın suverenliyinə məhəl qoymayıb

Aynur Camal

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu