15 C
Baku
27 Oktyabr 2025, 6:35
Baş xəbərDünya

Minlərlə insan evsiz qaldı

Bugun.tv-nin xəbərinə görə, Braziliyanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 6 nəfər ölüb, minlərlə insan evsiz qalıb.

Maranha əyalətinin 64 şəhərində fövqəladə vəziyyət elan edildiyini qeyd edən səlahiyyətlilər, daşqınlar səbəbindən 7700 ailənin evsiz qaldığını, 35 mindən çox insanın təxliyə edildiyini qeyd edib.

Axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi daşqın bölgələrində indiyədək 6 nəfər həyatını itirib.Təbii fəlakət bölgəsindəki Trizidela do Vale şəhərini havadan tədqiq edən prezident Luiz İnasio Lula da Silva yerli hakimiyyət orqanlarından məlumat alıb.

Lula da Silva daha sonra seldən ən çox zərər çəkən Bacabal məhəlləsinə baş çəkib, vətəndaşlarla görüşüb.

Federal, əyalət və bələdiyyə ilə əməkdaşlıq etdiklərini ifadə edən Lula da Silva, “Zərər çəkən insanlarla məşğul olmalıyıq. İnsanlar yataq istəyirlər, su istəyirlər və onları rahatlaşdırmaq üçün hər şey istəyirlər, bunlar bizim işimizdir. hökumət olaraq etməliyik”- ifadəsini işlədib.

Ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.

Mənbə: TRT

Daşqınlar

Aynur Camal

Oxşar xəbərlər

Londonda qatlanan avtobus görüntülənib (foto)

Aynur Camal

Super qarışqalar ölkəni işğal etdi: Elektrik və interneti kəsirlər

Aynur Camal

Avtomobil aşdı, sürücü öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu