Siyasət

Minsk qrupundan imtina sonrası: Bakının növbəti şərti nə vaxt gündəmə gələcək?

“Azərbaycanın Ermənistanla sülh gündəmində irəli sürdüyü əsas tələblərdən biri artıq reallaşıb və ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq başa çatıb. Dəyişən regional və qlobal geosiyasi şərtlər fonunda rəsmi İrəvan Bakının bu prinsipial mövqeyi ilə razılaşmağa məcbur olub”.

Bugun.tv– xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazdə öz sosial media hesabında paylaşıb.

Ekspertin fikrincə, Ermənistan bir müddət sülh müqaviləsinin imzalanması ilə paralel olaraq Minsk qrupunun fəaliyyətini saxlamağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb. Azərbaycanın qəti mövqeyi və yeni geosiyasi reallıqlar İrəvanın manevr imkanlarını xeyli məhdudlaşdırıb və nəticədə rəsmi Yerevan Bakının irəli sürdüyü şərtləri qəbul edib.

“Hazırda əsas müzakirə mövzusu Bakının növbəti tələbinin nə zaman və hansı formatda gündəmə gələcəyidir. Mütəxəssislər hesab edir ki, sülh prosesinin növbəti mərhələsi regional təhlükəsizlik və qarşılıqlı öhdəliklərin icrası ilə bağlı olacaq”.

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Tayvan Çin hücumunu dəf etməyə hazırıq görür

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu