8 C
Baku
22 Dekabr 2025, 1:09
Baş xəbər

“Minsk Qrupunun ləğvi növbəti diplomatik qələbəmizdir”

Bugun.tv xəbər verir ki, Sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə rəsmi olaraq xitam verib. Bu qərar yalnız prosedur deyil, o, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və uzun illər davam edən işğalın aradan qaldırılması ilə formalaşmış yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınmasının açıq ifadəsidir. Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmışdı. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qurum Azərbaycan torpaqlarının bir hissəsini “mübahisəli ərazi” kimi təqdim etməyə çalışdı, müzakirələrdə ərazi bütövlüyü prinsiplərini arxa plana keçirərək həm Azərbaycanı, həm də Ermənistanı daimi asılılıq vəziyyətində saxlamağa çalışmaqla faktiki olaraq, uzun illər status-kvonun qorunmasına xidmət etdi. Yalnız Azərbaycanın döyüş meydanında qələbəsi bu çıxılmazlığa son qoydu. Vətən müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 1-də qəbul olunmuş qərar beynəlxalq ictimaiyyətin regionda yaranmış reallığı qəbul etməsinin təsdiqidir.

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev

Mənbə: Qafqazinfo.az

Bugün TV

Oxşar xəbərlər

H.Babaoğlu: ” Bizim milli maraqlarımızın bir qismi də qədim torpaqlarımıza azərbaycanlıların qayıtmasıdır”

Bugün TV

Nyu Yorkda orta məktəbdə atışma xəbəri!

Aynur Camal

Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu