15 C
Baku
24 Oktyabr 2025, 1:50
Digər

Miqrant qayığı batdı: 40 nəfər öldü

Tunisin mərkəzindəki Mahdia şəhəri sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində aralarında uşaq və körpələr də daxil olmaqla ən azı 40 nəfər həyatını itirib.

Hadisə bu il Aralıq dənizində ən ölümcül dəniz qəzalarından birinə çevrilib.

Səlahiyyətlilərin bildirdiyinə görə, qəzaya uğrayan qayığın göyərtəsində təxminən 70 miqrant olub, onların hamısı Saharaaltı Afrika ölkələrindən olub.

Qəzanın səbəbi hələlik bəlli olmasa da, araşdırmalara başlanılıb.

Təbii fəlakət çərşənbə günü baş verib. Xilasetmə qrupları 30 nəfəri sağ-salamat xilas edib, digər sərnişinlərin cəsədləri isə çıxarılıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Tunis səlahiyyətliləri qəza ilə bağlı təfərrüatların və qayığın hərəkət nöqtəsinin araşdırıldığını açıqlayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Tətilə gedənlər ilk növbədə buna diqqət yetirməlidirlər!

Aynur Camal

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaratdı

İntizar Əmirova

Çexlər özünümüdafiə vasitələri əldə edirlər

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu