16 C
Baku
16 Noyabr 2025, 3:09
Sosial

Miqren və baş ağrıları qlobal ictimai səhiyyə böhranıdır

Miqren və digər baş ağrıları növlərinin dünyada ən çox yayılmış və əlilliyə səbəb olan sağlamlıq problemlərindən biri olduğu müəyyən edilmişdir.

La Trobe Universiteti və Western Health tərəfindən aparılan və Cell Reports Medicine jurnalında dərc olunmuş bir araşdırma, 1990-2021-ci illər arasında 204 ölkə və ərazidə baş ağrılarının yayılmasını Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edərək araşdırıb.

Tədqiqatın nəticələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan baş ağrısı yaşayır.

Tədqiqat müasir həyat tərzinin baş ağrılarına təsirini vurğulayaraq, stressin, oturaq həyat tərzinin, spirtli içki və kofein istehlakının və keyfiyyətsiz yuxunun hamısının baş ağrısına səbəb olduğunu vurğulayıb.

Tədqiqatda həmçinin qeyd edilib ki, 30-44 yaş arası qadınların və yüksək gəlirli ölkələrdə yaşayan fərdlərin baş ağrısı kimi sağlamlıq problemlərindən xüsusilə təsirləndiyi bildirilib.

Covid-19 pandemiyası yeni çətinliklər yaradıb və infeksiya və ya peyvənddən sonra belə baş ağrılarının davam etməsi barədə məlumatlar var.

Tədqiqatın aparıcı müəllifi, professor Dr. Tissa Wijeratne, diaqnoz və müalicədəki irəliləyişlərə baxmayaraq, baş ağrısı xəstəliklərinin qlobal azalmasının davamlı risk faktorları və peşəkar qayğıya məhdud çıxış səbəbindən mümkün olmadığını vurğulayıb.

Vijeratne həmçinin baş ağrısı problemlərinin qlobal səhiyyə gündəmlərində prioritetləşdirilməsinin vacibliyini qeyd edərək, fərdiləşdirilmiş müalicə proqramlarının və səhiyyə investisiyalarının artırılmasının vacibliyini vurğulayıb.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Dövlət işçilərinə “Əlilliyi olan şəxslərlə peşəkar etik ünsiyyət” mövzusunda təlim keçilib

Elnarə Dərziyeva

“Tez-tez kökəlib arıqlamaq orqanizm üçün təhlükədir”– DİYETOLOQ MƏSLƏHƏTİ

Bugün TV

Sabaha gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu