28 C
Baku
27 İyun 2025, 15:27
Baş xəbərMaraqlı faktlar

Mirvari necə yaranır?

Dünyada bizi Yaradanın möcüzələri çoxdur. Onlardan biri də baxdıqda gözəlliyinə doymadığımız bir İncidir. Bəs bu Mirvari adlandırdığımız inci dənəsi necə yaranır?

Bugun.tv xəbər verir ki, bu barədə “Nələr Varmış” qrupunun üzvi Lavinia Ayşıl paylaşım edib:

“1. İstiridyənin içində yad cisim düşür

Təbii mirvari istisna hallarda yaranır. İstiridyə (və ya digər molyusk) içərisinə qum dənəsi, parazit və ya kiçik çöp düşür.

2. Orqanizm özünü qorumağa çalışır

Bu yad cisim orqanizm üçün təhlükəli sayılır. İstiridyə onu örtmək üçün “nacre” adlı maddə (mirvari qatı) ifraz etməyə başlayır. Bu, eyni zamanda qabığın daxili parlaq hissəsini yaradan maddədir.

3. Təbəqə-təbəqə bürüyür

Yad cisim getdikcə nacre ilə örtülür. Bu proses illərlə davam edə bilər. Nə qədər çox təbəqə, o qədər parlaq və keyfiyyətli mirvari.

4. Nəticədə mirvari yaranır

Beləcə, tamamilə orqanik, bəzən də mükəmməl dairəvi forma alan bir mirvari meydana gəlir.

Təbii vs Süni (kultivasiya olunmuş) mirvarilər

Təbii mirvari: Özbaşına, təsadüfi yaranır. Çox nadir və bahalıdır.

Süni/kultivasiya olunmuş: İnsanlar istiridənin içinə süni şəkildə qum dənəsi yerləşdirirlər və onun ətrafında nacre ifrazı başlayır. Bu, 95%-dən çox bazarı təşkil edir.

Ən bahalı mirvari – 2015-ci ildə Filippində tapılan 26 kq-lıq mirvari 100 milyon dollar dəyərində qiymətləndirilmişdi.

Mirvari təkcə istiridyədə deyil, bəzi ilbiz və midye növlərində də yaranır.

Ağ mirvari çox yayğındır, amma qara, mavi, çəhrayı və qızılı mirvarilər də olur — bu, növə və suyun tərkibinə bağlıdır…”

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda əsən güclü külək qum fırtınası yaratdı

Bugün TV

Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhlükəsizliyin təminində təsirli rol oynayıb – Elşad Mirbəşiroğlu

İntizar Əmirova

“Rəqəmsal Media” və “Sosial Media” anlayışı nədir? -EKSPERTDƏN AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu