22 C
Baku
27 İyul 2025, 10:13
Baş xəbərSiyasət

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İlham Əliyevə zəng edib

Bugun.tv xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.

Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

350 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət etdi

Bugün TV

Mitsotakis böyük qələbə qazanır – hökuməti qurmaq tapşırığı ona verildi

Aynur Camal

TBMM-in sədr müavini vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu