9 C
Baku
27 Dekabr 2024, 2:40
Baş xəbər

Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edildi

Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdimatı mərasimi keçirilib.

 Bugun.tv xəbər verir ki, mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə 142 diplom və sertifikat təqdim olunub.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edib. O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən Cəmiyyətdə indiyədək 60 ölkədən 2700-ə yaxın tələbə təhsil alıb və hazırda 59 ölkədən olan 642 gənc ödənişsiz əsasda təhsilini davam etdirir.

S.Nəsirov vurğulayıb ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, muğam sənəti, xəttatlıq, dekorasiya fənləri tədris olunur.

Aynur Camal

Oxşar xəbərlər

“Mayın 10-da Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Şuşa şəhərində müraciətlə çıxış etməsi böyük rəmzi məna daşıyır”

Nigar Məmmədova

Pelenin vəfatı ilə əlaqədar Braziliyanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb

Nigar Məmmədova

Yeni məktəbli formaları satışa çıxarıldı – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu