26 C
Baku
29 İyul 2025, 4:57
Baş xəbərSiyasət

Misir Ərəb Respublikasının Milli Günü münasibətilə tədbir keçirildi

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Milli Günü münasibətilə təşkil olunan rəsmi tədbirdə iştirak edib.

Məlumat da qeyd olunub ki, C. Məmmədov parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq, qardaş Misir xalqını və dövlətini bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edib və deyib:

“Azərbaycan və Misir arasındakı dostluq və əməkdaşlıq münasibətləri son illərdə sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və parlamentlərarası sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün qarşılıqlı səylər davam etdirilir. Bu gün iki ölkə arasında münasibətlərin möhkəmlənməsi istiqamətində atılan addımlar gələcəkdə daha səmərəli əməkdaşlıq üçün geniş imkanlar vəd edir.

Azərbaycan-Misir dostluğu daim möhkəm və sarsılmaz olacaq!”.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub

Nigar Məmmədova

“Qarabağ” FK və “Sirab” ASC-dən təqdirəlayiq addım – FOTOLAR

Nigar Məmmədova

QHT sədri medalla təltif olundu – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu